1 sentyabr 2012 13:34
Saşa Stamenkoviç: İnterlə oyun mənim üçün Partizanla görüşdən daha vacibdi
Azərbaycan çempionu “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç müsahibəsində Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, serbiyalı qolkiper ölkəsindən olan jurnalistlərlə söhbətində həmyerliləri – “Partizan” ilə eyni qrupa düşmələrindən, eləcə də İtaliya “İnter”i və Rusiya “Rubin”i ilə görüşlərdəki şanslarından danışıb.
- Azərbaycan tarixində ilk dəfə bu ölkənin hansısa klubu avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb. Bütün gecəni bunu bayram etdik. Biz göstərdik ki, APOEL-dən daha güclüyük. Hansı ki, onlar bir neçə ay öncə Çempionlar Liqasının 1/4 finalında oynamışdılar.
- İndi sizi, “Crvena Zvezda”nın yetirməsini qrup mərhələsində “Partizan”a qarşı oyunlar gözləyir. Gözləntiləriniz?
- Bu, mənim üçün adi bir oyun olacaq. Digər oyunlardan fərqlənməyəcək. Məsələn, “İnter”lə qarşılaşma daha vacibdi.
- Bu, mənim üçün adi bir oyun olacaq. Digər oyunlardan fərqlənməyəcək. Məsələn, “İnter”lə qarşılaşma daha vacibdi.
- Son dövrlər “Partizan”ın oyunlarını izləmisiz?
- Düzünü deyim ki, o qədər də yox. Amma qarşıda üç həftəmiz var ki, onlarla oyuna yaxşı hazırlaşa bilək. Fikrimcə, qrupumuzun favoriti “İnter”di. Qalanları isə ikinci yer uğrunda mübarizə aparacaqlar.

- “Partizan” “Neftçi”dən nə gözləyə bilər?
- Biz artıq on ildi avrokuboklarda keçirdiyimiz ev oyunlarında məğlub olmuruq. Biz bütün oyunlarda hücum futbolu sərgiləyəcəyik. Müdafiədə oturmaq fikrimiz yoxdu.
- Biz artıq on ildi avrokuboklarda keçirdiyimiz ev oyunlarında məğlub olmuruq. Biz bütün oyunlarda hücum futbolu sərgiləyəcəyik. Müdafiədə oturmaq fikrimiz yoxdu.
- APOEL-in baş məşqçisi İvan Yovanoviçlə söhbətləşə bildiniz?
- Mən çox təəssüf edirəm ki, o, istefa verdi. O, əla məşqçidi. Kiprdə ona necə hörmət etdiklərini gördüm.
- Mən çox təəssüf edirəm ki, o, istefa verdi. O, əla məşqçidi. Kiprdə ona necə hörmət etdiklərini gördüm.