1 sentyabr 2012 02:03
Yığmamızın futbolçusu yenə oynamadı, komandası ilk qələbəsini qazandı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın formasını geydiyi “Eskişehirspor” Türkiyə çempionatında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, Eskişehir klubu Super Liqanın 3-cü turu çərçivəsində “Mersin İdmanyurdu” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilib. İlk iki turda məğlub olan Ufukun komandası nəhayət bu dəfə ilk qələbəsini rəsmiləşdirib – 3:1.
Təəssüf ki, əvvəlki oyunlarda olduğu kimi, millimizin üzvü bu dəfə də oynamayıb. O, heç ehtiyat oyunçular sırasına da daxil edilməyib.
Qeyd edək ki, “Eskişehirspor” hazırda 3 oyundan sonra 3 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
