1 sentyabr 2012 14:03
Xaqani Məmmədov: Biz də beş hakimli sistemə keçə bilərik
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov UEFA-nın beş hakimli sistemə keçmək ideyasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Əgər UEFA beş hakimli sistemə keçməyə qərar versə, deməli, onlar bunu yaxşı hesab etdikləri üçün belə edirlər. Artıq bu metoddan ölkə çempionatında istifadə edən də var. İtaliya bu addımı atan ilk ölkə oldu. Bu mövsümdən A Seriyasının oyunlarını beş hakim idarə edir. Əgər UEFA avrokubok oyunlarına da beş hakim təyin etməyə qərar versə, onda mənə elə gəlir ki, biz də oxşar addımı atmalıyıq. Ola bilər ki, qış fasiləsindən sonra və ya növbəti mövsümdən. Düzdü, bu zaman hakim çatışmazlığı ilə üzləşə bilərik. Amma vaxt keçdikcə bunu da yoluna qoymaq olar”.