1 sentyabr 2012 14:30
Yığma komandamız AZAL-la qarşılaşacaq
Avropa çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə keçirəcəyi yoldaşlıq oyununa hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası sentyabrın 2-də sınaq matçına çıxacaq. Azerisport.az xəbər verir ki, komandamız saat 19:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da AZAL klubu ilə yoxlama oyunu keçirəcək.
Xatırladaq ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və İngiltərə yığmaları sentyabrın 6-da, saat 20:00-da, "Dalğa Arena"da qarşılaşacaqlar.
