1 sentyabr 2012 23:55
Yığmamızın forvardı debüt matçında 45 dəqiqə oynadı, komandası lider oldu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara bu gün Türkiyənin “Erciyesspor” klubunun heyətində ilk rəsmi matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü qardaş ölkənin PTT birinci liqasının 2-ci turunun “Bucaspor” ilə matçının iştirakçısı olub.
Qeyd edək ki, Cihan Kayseri klubuna bu yay “Sivasspor”dan keçib. O, burda bir neçə yoxlama matçı keçirsə də, hələlik rəsmi görüşlərdə meydana çıxmamışdı. İlk turun oyununda qeyri-məlum səbəblərdən onun adı ümumiyyətlə iştirak ərizəsinə daxil edilməmişdi. Amma bu görüşdə baş məşqçi Osman Özköylü 17 nömrə altında çıxış edən millimizin üzvünə start heyətdə yer verib. Cihan fasilədə əvəzlənib. Baş məşqçi onun yerinə Sofiane Hannini meydana buraxıb.
Oyuna gəlincə, Kayseri klubu ilk turda olduğu kimi, bu dəfə də qələbə qazanıb. Cihanın komandası hələ ki, iki oyuna 6 xalla liderlər qrupunda qərarlaşıb.
PTT birinci liqası
2-ci tur
1 sentyabr
Bucaspor – Erciyesspor - 0:1 (0:0)
Qol: Kenan Şahin, 68-pen.
