1 sentyabr 2012 14:21
UEFA Neftçinin oyunçusunu cəzalandırdı
UEFA-nın İntizam Komitəsi “Neftçi”nin futbolçusunu cəzalandırıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubu xəbər yayıb.
Məlumatda bildirilir ki, qitə futbol qurumunun İntizam Komitəsinin qərarına əsaən APOEL - "Neftçi" matçında qırmızı vərəqə almış Elvin Yunuszadə 1 oyunluq cəzalandırılıb. O, sentyabrın 20-də keçiriləcək "Partizan" - "Neftçi" oyununu buraxacaq.
Eyni zamanda futbolçulara seçmə mərhələdə göstərilmiş sarı vərəqələr isə ləğv olunub. Bu isə o deməkdi ki, “Neftçi” digər rəqibləri kimi, qrup mərhələsinə yeni səhifədən başlamış olacaq.
