1 sentyabr 2012 16:50
Neftçinin qrupdakı ev oyunları neçədə başlayacaq?
UEFA Avropa Liqasının H qrupunun oyunlarının daha geniş təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin də bu qrupdakı oyunlarının keçirilmə yerləri və başlama saatları demək olar ki, bəllidi.
Qeyd edək ki, komandamız qrup mərhələsindəki ilk tarixi oyununa sentyabrın 20-də səfərdə çıxacaq. Qrup oyunlarına Serbiyada start verəcək Azərbaycan çempionu son görüşünü də İtaliyada Milan “İnter”inə qarşı keçirəcək.
“Neftçi”nin yer aldığı H qrupundakı rəqibləri ilə görüşlərinin təqvimi:
20 sentyabr
00:05. PARTİZAN (Serbiya) – NEFTÇİ
Belqrad. “Partizan” stadionu.
4 oktyabr
22:00. NEFTÇİ – İNTER (İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respbulika stadionu.
25 oktyabr
21:00. RUBİN (Rusiya) – NEFTÇİ
Kazan. Mərkəzi stadion.
8 noyabr
00:05. NEFTÇİ – RUBİN
Bakı. Tofiq Bəhramov adına Respbulika stadionu.
22 noyabr
22:00. NEFTÇİ – PARTİZAN
Bakı. Tofiq Bəhramov adına Respbulika stadionu.
6 dekabr
00:05. İNTER – NEFTÇİ
Milan. “Cüzeppe Meatsa” stadionu.
Sonda qeyd edək ki, “Neftçi”nin ev oyunlarının başlama saatları hələlik tam dəqiqləşməyib. Mümkündü ki, “ağ-qaralar”ın Bakıdakı görüşləri saat 21:00-da və ya daha tez start götürsün. Hər halda yaxın günlərdə bu məsələyə də tam aydınlıq gəlmiş olacaq.
