1 sentyabr 2012 19:51
Foqts daha 2 futbolçudan imtina etdi
Futbol üzrə Azərbaycan milli komandasının Bakı şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edən daha iki futbolçu əsas yığmamızdan ayrılmalı olub. Azerisport.az xəbər verir ki, Rizvan Umarov ("Elche", İspaniya) və Ruslan Qurbanov ("Sumqayıt") 21 yaşadək futbolçulardan ibarət yığmamızın düşərgəsinə yollanıb.
Xatırladaq ki, U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da "Dalğa Arena"da İngiltərə yığması ilə qarşılaşacaq.
