1 sentyabr 2012 20:36
Neftçinin rəqibi məğlubiyyətlə üzləşdi
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Rubin” də növbəti oyununa çıxıb.
Kazan klubu “Terek”lə qarşılaşıb. Qroznı təmsilçisi ilə doğma divarlar arasında baş tutan görüş uğursuz başa çatıb. Belə ki, Tatarıstan klubu 1:2 hesablı yenilgiyə üzülüb. Kazanlıların yeganə qoluna Xose Salomon Rondon imza atıb.
Qeyd edək ki, “Rubin” hazırda 7 oyundan sonra 12 xalla 4-cü yerdə gedir.
