1 sentyabr 2012 21:05
Qarabağın daha bir üzvü Kəpəzə keçdi
“Qarabağ” daha bir futbolçusunu “Kəpəz”ə icarəyə verib. Azerisport.az xəbər verir ki, bu, Emin İmaməliyevdi.
Ağdam klubunda daha çox ehtiyatda qalan təcrübəli yarımmüdafiəçi yanvar ayına qədər Gəncə təmsilçisinin sıralarında icarə əsasında çıxış edəcək.
“Qarabağ” bundan öncə Bəxtiyar Soltanovu da “Kəpəz”ə vermişdi.
