1 sentyabr 2012 11:07
Böyükağa Hacıyev: Onların səhv etdiyini göstərəcəyik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Avropa Liqasının qrup mərhələsinin püşkatmasından və rəqibləri ilə duellərdəki şanslarından danışıb.
- Püşkü necə dəyərləndirə bilərsiz?
- Bizə normal qrup düşüb. Deməzdim ki, “ölüm qrupu”ndayıq. “İnter” İtaliyanın ən yaxşı klublarından biridi. UEFA Çempionlar Liqasının qalibi olmuş komandadı. “Partizan” haqda da yaxşı dostlarımızın sayəsində informasiya toplayırıq. Artıq onlardan xahiş etmişəm ki, belqradlıların son oyunlarının videoyazısını bizə göndərsinlər. “Rubin” Tatarıstanın fəxridi. Əminəm ki, bu komanda ilə hər iki oyunumuz rusiyalı azarkeşlərin diqqət mərkəzində olacaq.

- “Neftçi”nin əsas hədəfi nədən ibarət olacaq?
- Qrupdan çıxmaq! Başqa cür ola da bilməz! Etiraf edirəm ki, bizim üçün maksimum hədəf qrupa vəsiqə qazanmaq idi. Biz buna nail olmuşuq. Amma bununla kifayətlənmək istəmirik. Əgər qrup mərhələsinə çıxmışıqsa, indi burda da sona kimi mübarizə aparmaq lazımdı. Əminəm ki, “Neftçi” qrupdan çıxa biləcək gücdədi. Biz bu şansdan yararlanmağa çalışacağıq. Nə “İnter”dən, nə də “Rubin”dən qorxuruq.

- “İnter”i qrupun əsas favoriti saymaq olar?
- Əlbəttə. Düzdü onlar indi Mourinyonun dövründə olduğu qədər güclü deyillər. Amma əminəm ki, milanlılar Avropa Liqasının qalibi olmaq üçün mübarizə aparacaqlar. “İnter”in əla heyəti var. Lakin bu turnirin aşkar favoriti olduqlarını demək olmaz. Bizim qrupda birinci yer uğrunda “Rubin” də mübarizə aparacaq. “Neftçi” isə qrupumuzun gizli favoritidi. Çünki biz rəqiblərimiz haqda onların bizim barədə bildiklərindən daha çox məlumatlıyıq. Demək olar ki, bütün mümkün informasiyalara malikik.

- Bir sözlə, püşkün nəticəsindən razısız?
- Tamamilə! Avropanın qrand klublarından biri ilə qarşılaşmağımızı istəyirdim. “Neftçi”nin belə bir komanda ilə dueldə necə hərəkət edəcəyini görmək bizə lazımdı.

- Amma rəqiblərin düşərgəsində belə hesab edirlər ki, “Neftçi” üçün qrup mərhələsinə vəsiqə qazanmaq maksimum idi...
- Biz onların səhv etdiyini göstərəcəyik. Bahara kimi avrokuboklarda qalmaq istəyirik. “Neftçi” eyni zamanda Premyer Liqada çempionluq üçün mübarizə aparacaq. Oyunlarımız da təxirə salınmayacq. Bizə mümkün qədər çox oyun keçirmək lazımdı.