1 sentyabr 2012 11:55
Beto Xəzər Lənkəranda!
"Xəzər Lənkəran" sıralarını yeni hücumçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, cənub klubu dünən Beto ləqəbi ilə tanınan braziliyalı futbolçu Andre Roberto Suares da Silva ilə 1 illik müqavilə imzalayıb.
30 yaşlı Betonun son oynadığı klub Türkiyə Superliqasının təmsilçisi “Mersin İdmanyurdu” klubu olub. O, keçən mövsüm ərzində bu klubun heyətində 18 oyunda çıxış edib və 4 qol vurub.
Braziliyalı forvard 1999-2006-cı illərdə ölkəsinin “Ulbra”, “Krikiuma” və Argentinanın “Ferro Karril Oeste” klublarında çıxış edib. 2007-ci ildə o, Polşa “Liteks”ilə anlaşaraq 1 il bu klubun şərəfini qoruyub və 39 oyuna, 18 qol vurub. 2008-ci ildən isə Beto Türkiyədə oynayırdı. O, 2008-2011 illərdə “Qaziantepspor”un heyətində 76 oyuna çıxaraq 24 qol vurub. Beto həmçinin qısa vaxt ərzində icarə əsasında keçdiyi "Bucaspor"un da formasını geyib.
