1 sentyabr 2012 12:11
İnter də Neftçini təbrik etdi
Avropa Liqasının qrup mərhələsinə düşməklə tarix yazan “Neftçi”yə təbriklər ünvanlanmaqda davam edir. Azerisport.az xəbər verir ki, növbəti belə təbrik “İnter”dən gəlib:
“İnter" Peşəkar İdman Klubunun rəhbərliyi və kollektivi "Neftçi" Peşəkar Futbol Klubunun kollektivini UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edir.
"İnter" Peşəkar İdman Klubu "Neftçi"yə bu mötəbər turnirin qrup mərhələsində daha böyük nailiyyətlər və uğurlar arzulayır”.
