1 sentyabr 2012 00:54

“Uğurlu çıxış edib, üst pillələrə qalxmaq istəyirik”

“Sumqayıt” Futbol Klubunun əvəzediciləri çempionatda yaranmış fasilədən maksimum yararlanmaqdadı. Azerisport.az xəbər verir ki, komanda  gün ərzində iki dəfə olmaqla hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir.
 
Əvəzedicilərin baş məşqçisi Vaqif Paşayev arxada qalan oyunlar və hazırlıq prosesi barəsində klubun rəsmi saytına açıqlama verib: “Çempionatda 4 oyun keçirmişik. Bu görüşlərdə bir qələbə, bir məğlubiyyət və iki heç-heçəyə imza atmışıq. Ümumilikdə götürsək, komandamdan arxada qalan dörd turda razı qalmadım. Düşünürdük ki, bu günə qədər ən azı 9 xal toplamalı idik. Bizim komandamız çempionatın ən gənc kollektivlərindən biridir. Yay fasiləsi zamanı klubun akademiyasından 10 futbolçunu heyətə cəlb etdik. Onlardan artıq bir neçəsi əsas heyətdə meydana çıxıb. Ümumilikdə götürsək, hazırda bəzi problemlərimiz var. Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilə bizim üçün çox önməli idi. Dörd oyunu analiz edib səhvlərimiz üzərində çalışacağıq. “Sumqayıt” Futbol Klubunun əvəzedici komandasının əsas məqsədi əsas komanda üçün futbolçu hazırlamaqdır. Artıq komandamızın iki üzvü əsas komandaya cəlb olunub. Düşünürəm ki, yaxın gələcəkdə bu say artacaq. Hazırda gün ərzində iki dəfə məşq etməklə hazırlığımız davam etdiririk. Uşaqlar meydanda var qüvvələri ilə çalışır. Qarşıda bizi olduqca çətin oyunlar gözləyir. Uğurlu çıxış edib, bacardığımız qədər turnir cədvəlinin üst pillələrinə qalxmaq istəyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.