2 sentyabr 2012 13:55
Millimizin üzvü Necati Ateş ilə bir komandada
Türkiyənin “Eskişehirspor” klubu daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi Necati Ateşi sıralarına qatıb.
“Eskişehirspor” “Galatasaray”ın hücumçusuna görə 400 min avro ödəyəcək. Qeyd edək ki, Necati Ateş ötən mövsüm “Antalyaspor”dan “Galatasaray”a gəlmişdi. Amma qardaş ölkə mətbuatının məlumatına görə, o, az oynadığını əsas gətirərək, başqa kluba verilməsini xahiş edib.
“Eskişehirspor” Necati ilə üç illik müqavilə imzalayıb. Qeyd edək ki, bu komandada Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq da çıxış edir.
