2 sentyabr 2012 23:55
Cavid Türkiyədəki ikinci oyununda da qələbə qazana bilmədi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə PTT birinci liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 2-ci turu çərçivəsində “Çaykur Rizespor” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də həmyerlimizin komandası görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdi. Amma onların bu istəyi baş tutmayıb. İki dəfə hesabda geri düşən Adana klubu yalnız sonda bir xal qazanmasına sevinə bilib.
Mövsümün ilk oyununda start heyətdə meydana çıxan və 81 dəqiqə oynayan Cavidin bu dəfə də oynaması istisna deyildi. Gözlənildiyi kimi, baş məşqçi Osman Özdemir onu yenə ilk dəqiqələrdən meydana buraxmağa qərar verib. Hüseynov sona kimi meydanda qalıb. Amma o, mövsümün ikinci oyununda da qələbə sevinci yaşaya bilməyib.
Türkiyə PTT birinci liqası
2-ci tur
2 sentyabr
Adana Demirspor - Çaykur Rizespor - 2:2 (1:1)
Qollar: Gökhan Kaba, 32, Emre Hasan Balçı, 73 - Uçe Kalu, 11, Ousman Jallou, 50.
Matçın 65-ci dəqiqəsində Cavid Hüseynov sarı vərəqə alıb
