2 sentyabr 2012 02:20
İsrailin Bakıya gələcək heyəti bu gün açıqlanacaq
Futbol üzrə İsrail yığmasının Azərbaycan və Rusiya ilə oyunlar üçün heyəti bu gün açıqlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə baş məşqçi Eli Qutman məlumat verib.
Onun heyəti hələ cümə günü açıqlaması gözlənilirdi. Amma bəzi futbolçuların oyun təcrübəsindən əziyyət çəkməsini nəzərə alan mütəxəssis siyahını həftə sonu baş tutacaq qarşılaşmaları da izlədikdən sonra tərtib etməyə qərar verib.
Qeyd edək ki, Azərbaycan və İsrail yığmaları arasında görüş sentyabrın 7-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
