2 sentyabr 2012 02:33
Neftçinin rəqibi hücumçusunu saxladı
Serbiyanın “Partizan” klubunun hücumçusu Zvonimir Vukiç Belçikanın “Lierse” klubuna keçməkdən imtina edib. Azerisport.az xəbər verir ki, bu komanda serbiyalı forvardla yaxından maraqlansa da, son anda “Partizan” bu keçidə razı olmayıb.
Bu isə o deməkdi ki, Vukiç Azərbaycan çempionu “Neftçi”yə qarşı oynaya biləcək. Bu komanda Avropa Liqasının qrup mərhələsində təmsilçimizlə eyni qrupda yer alıb.
