2 sentyabr 2012 14:35

AFFA ilkin yaş həddini aşağı salır

Azərbaycanda uşaqların sistematik olaraq futbolla məşğul olma yaşı 8 yaşadək azaldılacaq. Azerisport.az xəbər verir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov bildirib:
 
"Azərbaycan futbolunun yaşlı nəslinin nümayəndələrinin çoxu 13-14 yaşından sistemli şəkildə futbol oynamağa başlayıblar. Biz bu göstəricini 8 yaşadək azaltmalıyıq. Uşaq sistematik olaraq həftədə üç dəfə, yaxud hər gün futbolla məşğul olmalıdı, həftəsonu turnirlərdə mübarizə aparmalıdı".
 
Onun sözlərinə görə, bu gün bu göstərici 10-11 yaş təşkil edir: "Uşaq futbolu 1-2 ilə yaranmır. Bunun üçün 10 illərlə vaxt tələb olunur. Bu gün 10 yaşında futbol oynayan uşağın nəticəsini 20 yaşında görəcəyik. Uşaq futbolunun sağlam təməli qoyulmalıdı ki, gələcəkdə nəticə əldə olunsun".
 
Baş katib qeyd edib ki, əsas odur ki Azərbaycanda uşaqlar arasında liqalar yaradılıb: "Bizdə artıq U-11, U-13, U-14, U-16, U-17 liqaları var. Bu liqalarda təxminən 500-dən çox komanda oynayır".
 
Məmmədov həmçinin qeyd edib ki, Bakıda, Gəncədə, Sumqayıtda məktəbli kuboku təşkil edilir və bu turnir hər il keçiriləcək: "Əvvəllər məktəbli kuboku 1-2 həftə keçirilirdisə, indi artıq il boyu keçirilir - sentyabrın ayının sonu başlayıb mayın sonu bitir. Bu olmasa, Azərbaycanda futbolun inkişafından danışmaq olmaz".
 
Baş katib vurğulayıb ki, AFFA futbola idman növündən başqa sosial məsuliyyət kimi yanaşır: "İnsanların idmanda olması, uşaqların komanda tərkibində fəaliyyət göstərməsi stimullaşdırılır. Biz dörd ildir ki məktəblərdə futbol dərsi keçirik və bunun müsbət nəticələri görünür. Çünki ötən il 2 min şagird bu məktəbdə olan dərslərə mütəmadi gəlib. Onlardan 150 uşaq klublara cəlb olunub və artıq klubların U-13 liqasında oynayırlar".
 
Bu gün 28 mindən çox futbolçu Azərbaycan liqalarında top qovur. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.