2 sentyabr 2012 02:08
Neftçinin tarixi uğuru xarici mətbuatda
"Neftçi"nin Avropa Liqasındakı uğuruna xarici ölkə mətbuatında da geniş yer ayrılıb. Azerisport.az xəbər verir ki, Türkiyənin məşhur xəbər saytlarından olan "Habertürk" "Azərbaycan tarixində bir ilk" sərlövhəli yazıda "Neftçi"nin qələbəsindən yazıb.
"NTV Spor" kanalı isə 7/10 proqramında Flaqmanın nailiyyətinə yer ayırıb. Məşhur "Eurosport" və "Eurofootball" saytları öz növbəsində "Neftçi"nin qələbəsini sensasiya kimi qələmə verib.
Bundan başqa Kipr və Yunanıstan mətbuatı da bu xəbərə geniş yer ayırıb. Ötən il Çempionlar Liqasının ¼ final mərhələsinə vəsiqə qazanmış APOEL-in məğlubiyyəti mətbuatda kəskin şəkildə tənqid olunub.
