2 sentyabr 2012 11:57

Rəşad Sadıqov: Neftçinin bu uğuru yığmaya da müsbət təsir göstərəcək

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində yığmamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirəcəyi oyundan, eləcə də “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki şanslarından danışıb.

- Millinin toplanışı necə keçir?
- Məşqlərimiz çətin keçir. Həm fiziki hazırlığa fikir veririk, həm də topla çalışırıq. İntensiv məşqlər keçirilir. Ən diqqət çəkən məqam isə komandada əla atmosferin hökm sürməsidi. Hamı növbəti seçmə mərhələyə uğurla başlamaq istəyir.
 
- Bəs hansı nəticəni uğurlu hesab edəcəksiz?
- İlk oyun bizim üçün çox vacibdi. İsrail yığması məğlub ediləsi rəqibdi. Niyə də buna nail olmayaq?

 
- Bu, həm də yenilənmiş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk qarşılaşma olacaq...
- Səbrsizliklə orda keçirəcəyimiz debüt oyunumuzu gözləyirik. Artıq bizim də dünya standartlarına cavab verən stadionumuz var. Mən 8-ci km qəsəbəsindəki stadionda da olmuşam. Yaxşı arenadı. İndi belə yaxşı stadion təkcə Lənkəranda deyil. Daha 3-4 belə stadion inşa olunsa, Azərbaycan çempionatının oyunları əla atmosferdə keçiriləcək.
 
- “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını necə qarşıladınız?
- Şübhəsiz ki, bu, məni də sevindirdi. Neçə il idi ki, ölkəmiz belə bir uğurun intizarında idi. Bu, Azərbaycan futbolunun ən böyük uğurudu. Artıq azarkeşlərimiz bizim komandalara, futbolçularımıza inanmalıdılar. Mən hətta “Neftçi”nin Çempionlar Liqasında qrupa düşəcəyini də gözləyirdim. Çünki “Hapoel” APOEL-dən güclü komanda deyildi. Əgər həmin oyunlarda Böyükağa Hacıyev komandasının yanında olsaydı, İsrail klubunu da keçə bilərdilər.
 
- Deməli, siz bu uğurlarda Hacıyev amilinin böyük olduğunu düşünürsüz?
- Onun qayıdışından sonra komanda daha yaxşı oynamağa başladı. Hələ APOEL-lə oyundan öncə onun necə inamlı açıqlamalar verdiyi yadımdadı. Özü də bu, elə-belə açıqlamalar deyildi. O, komandasına inanırdı. Hələ ötən mövsüm o, mənimlə söhbətində də maraqlı fikir səsləndirdmişdi: “Mənim üçün çempionluq o qədər də vacib deyil. Əsas bu uğuru avrokuboklarda əldə etməkdi”. O, buna nail oldu. Bu münasibətlə Hacıyevi təbrik edirəm.
 
- Sizcə, bu, Azərbaycan futbolunda nəyi dəyişəcək?
- Artıq bütün klublarımız öz güclərinə inanmalıdılar. Qrup mərhələsinə vəsiqə qazanmaq digər klublarımız üçün də mümkündü. Bu, bizim psixologiyamızı dəyişəcək. Əminəm ki, bu uğur yığma komandamıza da müsbət təsir göstərəcək.

- Bəs “Neftçi”dən qrup mərhələsində nə gözləyə bilərik?
- İnanıram ki, komandamız qrupun autsayderi olmayacaq. Baxmayaraq ki, qrupda ciddi rəqiblər var. Komanda psixoloji cəhətdən yaxşı vəziyyətdə olacaq. Sakit öz oyunlarını sərgiləyəcəklər. “Rubin”lə, “Partizan”dan, hətta “İnter”dən də evdə xal almaq olar. 6-7 xal yaxşı nəticə sayıla bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.