2 sentyabr 2012 12:18
İnterdə yeni təyinat (FOTO)
"İnter" Peşəkar İdman Klubunda yeni təyinat baş tutub. Azerisport.az xəbər verir ki, bolqarıstanlı həkim İvaylo Yakimov klubun əsas komandasının həkimi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, İ.Yakimov daha öncə "Spartak Varna"(1998-2003), MOİK Sofiya(2004-2007), "Kaunas"(2007), "Xarts"(2009-2010) və "Liteks"(2010-2012) klublarında çalışıb, onun son iş yeri isə Varna şəhərinin Tibb-İdman Mərkəzi olub. Əlavə edək ki, Yakimov MOİK və "Liteks" klublarında Bolqarıstan çempionu olub.
İ.Yakimov təyinatı ilə bağlı bunları söyləyib: "İnter"də işləmək təklifi almışam və onu böyük məmnuniyyətlə qəbul etmişəm. Demək istərdim ki, bu komanda haqqında kifayət qədər məlumatım var idi və mən bilirdim ki, "İnter" böyük ambisiyalar olan bir klubdu. Bir neçə gündür ki, komandaya qoşulmuşam və bildirmək istərdim ki, "İnter"də yaxşı və mehriban kollektiv var. Bu klubda iş planı həqiqətən də peşəkar səviyyədə qurulub".
