2 sentyabr 2012 00:32
“Neftçi barədə geniş məlumatımız olmasa da, bu klubun maliyyə problemi yoxdu”
Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Vermezoviç UEFA Avropa Liqasının püşkatmasının nəticələrindən, Azərbaycan çempionu “Neftçi”, İtaliya “İnter”i və Rusiya “Rubin”i ilə eyni qrupa düşmələrindən danışıb. Azerisport.az xəbər verir ki, o, rəqiblərini belə dəyərləndirib:
“İnter” haqda nəsə deməyə ehtiyac da yoxdu. Bu komanda heç bir təqdimata ehtiyac duymur. “Rubin” avrokubokların təcrübəli döyüşçülərindəndi. Onlar hətta Çempionlar Liqasının da qrup mərhələsinin nə demək olduğunu bilirlər. Amma “Neftçi” barədə geniş məlumatımız yoxdu. Amma bu, varlı klubdu. Onların heç bir maliyyə problemi yoxdu”.

Serbiya təmsilçisinin çalışdırıcısı rəqiblərinin onları düzgün qiymətləndirməməsinə ümidlidi: “Rəqiblərimizin bizi düzgün qiymətləndirməməsi komandam üçün müsbət hal sayıla bilər. Onların bəzisinin açıqlamalarını oxumuşam. Elələri var ki, heç Belqradın harda olduğunu da bilmirlər. Əsas odu ki, biz rəqiblərimiz haqda lazım olan informasiyaya malikik. Əgər qrupdakı altı oyunun hamısını uğurla başa vura bilsək, yəqin ki, pley-off mərhələsinə vəsiqə qazana biləcəyik”.
Lakin Vermezoviç onlar üçün Serbiya çempionatının prioritet olduğunu bəyan edib: “Mənim üçün milli çempionat prioritetdi. Artıq Avropa Liqasını unutmuşuq. Qarşıda bizi OFK ilə derbi oyunu gözləyir. Onlar bizim yorğunluğumuzdan yararlanmağa çalışırlar. Amma biz onlara belə bir şans verməməyə çalışacağıq”.
Qeyd edək ki, “Partizan” “Neftçi”nin qrup mərhələsindəki ilk rəqibidi. Bu komandalar arasındakı ilk görüş sentyabrın 20-də Belqradda baş tutacaq.