2 sentyabr 2012 00:46
Simurq Lokomotivə qalib gəldi
"Simurq" Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Tiflisin "Lokomotiv" klubu ilə qarşılaşan komanda oyundan 2:1 hesablı qələbəylə ayrılıb.
Paytaxt klubunun təlim-məşq bazasının stadionunda keçirilən matçda “sarı-qaralar”ın qollarını 80-ci dəqiqədə Asif Mirili, 88-ci dəqiqədə isə Rəşad Eyyubov vurub.
Qeyd edək ki, "Simurq" qonşu ölkədə bundan başqa daha iki yoldaşlıq görüşündə gücünü sınayacaq. Ancaq hələ ki, rəqiblərin kim olacağı məlum deyil.
