3 sentyabr 2012 13:17
UEFA 27 kluba sərt cəza verməyə hazırlaşır
UEFA avrokubokların cari mövsümündə çıxış edən klublardan 27-sini cəzalandıra bilər. Azerisport.az xəbər verir ki, barədə xəbərdarlığı qitə futbol qurumunun rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, həmin klubların feyr-pley və maliyyə məsələlərində yol verdikləri qanun pozuntuları buna əsas səbəb göstərilir. UEFA bu məqsədlə yoxlamalar aparıb. Məlum olub ki, avrokuboklarda iştirak edən klublar qoyulan tələblərə əmək etmirlər. Buna baxmayaraq, qitə futbol qurumu onlara sentyabrın 30-dək vaxt verib. Bu çatışmazlıqlar qoyulan vaxta qədər aradan qaldırılmasa, o zaman UEFA sərt təbdirlərə əl atacaq. Həmin klunların avrokuboklardan kənarlaşdırılması da istisna deyil. Yaxın günlərdə bu “intizamsız” klubların konkret adları da açıqlanacaq.
Qeyd edək ki, avrokubokların cari mövsümündə çıxışını davam etdirən klublar arasında Azərbaycan təmsilçisi də var. Ölkə çempionu “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Komandamızın H qrupundakı rəqibləri isə İtaliyanın “İnter”, Rusiyanın “Rubin” və Serbiyanın “Partizan” klublarıdı.
