3 sentyabr 2012 13:37

Cirque du Soleil Bakıda

Regionda ilk dəfə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində dünyaşöhrətli Cirque du Soleil çıxış edəcək. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası elan edib.
 
Tədbir Tofiq Bəhramov adına Respublika Stadionunda 22 sentyabr 2012-ci il tarixində baş tutacaq.
 
Cirque du Soleil xüsusi olaraq bu hadisə üçün yeddi dəqiqəlik bir çıxış hazırlayıb. Cirque du Soleil-i buna ilhamlandıran üç amil olub: 4 əsas ünsür (yer, su, hava və od), Azərbaycan mədəniyyətinin vizual simvolları və bayram əhvali-ruhiyyəli oyunları.
 
Cirque du Soleil akrobatları rəqqasların və bu şouda iştirak edən yerli könüllülərin dəstəyi ilə öz çıxışlarında Azərbaycanın qədim ənənələrini uca tutaraq nəyinki onun idman, futbol və həmçinin də mədəni komponentləri nümayiş edəcəklər. Yeddi dəqiqəlik çıxış bu tədbir üçün xüsusi bəstələnmiş və özündə Azərbaycan milli musiqi ənənələrini və məhz Cirque du Soleil tamaşalarına xarakterik olan musiqi müşayiəti altında keçəcək.
 
Bakı – müasir, rəngarəng və ünsiyyətə açıq olan bir şəhərdir. Cirque du Soleil bu unikal əsəri yartamaq üçün yerli istedadlar və könüllülər ilə çox sıx əlaqəli iş birliyi aparır. FIFA U-17 qadınlararası dünya çempionatının Azərbaycan 2012-nin açılış mərasimi dünyanın 105 ölkəsinə televiziya vasitəsilə birbaşa yayımlanacaq.
 
Cirque du Soleil
Cirque du Soleil mənzil qərargahı Kanadanın Monreal şəhərində yerləşir. Öz tanınmış şouları ilə yanaşı şirkət istedadını başqa fəaliyyət növlərinə də yönəldir. Keyfiyyət standartlarını və unikallığını qoruyub saxlayaraq Cirque du Soleil yaratdığı hər bir şou və innovasiyalı layihələrə macəra abu-havası və enerjisi qatır.
 
Yarandığı 1984-cü ildən Cirque du Soleil dünyanın 40 ölkəsinin 300 şəhərində 100 milyon tamaşaçının qəlbinə sevgi və heyranlıq hissi bəxş edib. Hal-hazırda Cirque du Soleil komandasında 5000 nəfər insan çalışır. Bunların arasında təxminən 50 ölkədən 1300 artist var. Qeyd etmək lazımdır ki, bu, Azərbaycanda və Cənubi Qafqazda Kanada sirk artistlərinin ilk çıxışı olacaq.
 
2012-ci ilin sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda  və ümumiyyətlə Avrasiyada ilk dəfə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı bu yaş kateqoriyaya görə FIFA bayrağı altında təşkil olunan üçüncü turnir olacaq.
 
Çempionatın məhz Azərbaycanda keçirilməsi haqqında qərar 19 mart 2010-cu ildə qəbul olunmuşdur. Turnirin başlanmasına 305 gün qalmış isə Dünya çempionatın açılışına qədər günləri sayan xüsusi sayğac işə salınmışdır.
 
Turnirdə 16 komanda iştirak edəcək. Azərbaycan avtomatik olaraq təşkilatçı ölkə kimi qiymətləndirilir. Qalan 15 komanda isə 2010-cu ilin oktyabr ayından başlayan seçmə mərhələ oyunlarında müəyyənləşdirilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.