3 sentyabr 2012 13:59

Mahir Şükürov: Ronaldoya qarşı oynamaq mənə daha asan olar

Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasında tarix yazmasından, eləcə də millimizin qarşıdakı oyunlarından danışıb.

“Keçirdiyimiz sonuncu çətin oyunun ardından yenicə özümə gəlirəm. Kiprdən qayıdandan sonra yığmanın düşərgəsinə qoşulmuşam. Uşaqlar sağ olsunlar, məni yaxşı qarşıladılar (gülür). Hamısı təbrik etdi. Oyun haqda soruşdular. Hamı yaxşı başa düşür ki, bu qələbə bütün futbolçular üçün böyük xidmətdi. Əminəm ki, bundan sonra klublarımıza münasibət daha yaxşı olacaq”.
 
Şükürov hələ də komandasının tarixi zəfərinin sevincini yaşayır: “Çox şadam ki, belə tarixi oyunda mən də iştirak edə bildim. Çempionlar Liqasının ötən mövsümündə sürprizlərə imza atmış bir komanda üzərində qələbə az iş deyil. Bu, Azərbaycan futbolu üçün böyük uğurdu. Püşkatmaya gəlincə, bizə çətin qrup düşüb. Daha keçiləsi komandalardan ibarət qruplar var”.
 
O, komandasının qrup mərhələsindəki şanslarından da danışıb: “Amma çətin rəqiblərlə düşməyimizə baxmayaraq, şansımız var. Təkcə “Partizan”ı yox, “Rubin”i də keçə bilərik. Yəni “Terek”in səfərdə udduğu komandanı məğlub edə bilməyəcəyik? Biz Kiprə gedəndə də komandaya inanmırdılar. Hesab edirəm ki, Avropa Liqasının qrup mərhələsində oyuna çıxmaq çox xoş olacaq. Vaxtilə biz “İnter” kimi komandalara belə turnirlərdə azarkeşlik edirdik. İndi isə belə komanda ilə oynamaq şansımız var”.
 
30 yaşlı müdafiəçi sonda yığmamızın qarşıdakı İsrail və Portuqaliya ilə oyunlarından da danışıb: “Hələlik rəqiblərimiz barədə heç nə bilmirəm. Onların son oyunlarını görməmişəm. Amma hər halda seçmə mərhələnin ilk oyununda qələbə qazanmağa çalışacağıq. İsraillə öz meydanımızda keçirəcəyimiz oyunda xal itirmək istəməzdik. İkinci oyunda isə daha güclü rəqiblər qarşılaşacağıq. Hesab edirəm ki, Portuqaliyanın heyətində Ronaldonun bizə qarşı oynamaması nəyisə dəyişmir. Onların heyətində onsuz da yüksək səviyyəli futbolçular yetərincədi. Mənim üçün Ronaldoya qarşı oynamaq daha asan olardı. Çünki onun yerinə çıxacaq digər futbolçu dəridən-qabıqdan çıxacaq ki, özünü göstərsin”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.