3 sentyabr 2012 14:23

Qəbələ də iki yoxlama oyunu keçirəcək

Premyer Liqanın dördüncü turundan sonra 4 günlük istirahətə buraxılan “Qəbələ” avqustun 31-də doğma şəhərində bir araya gəlib. Azerisport.az xəbər verir ki, gündəlik iki məşqlə “Kəpəz”lə oyunun hazırlıqlarını davam etdirən komandaya yığmalara dəvət alan Anar Nəzirov, Nodar Məmmədov, Aleksandr Çertoqanov, Vurğun Hüseynov, Urfan Abbasov, Deyan Kelhar  və Omar Kalabane qatılmayıb.
 
Anar Nəzirov, Nodar Məmmədov, Vurğur Hüseynov və Aleksandr Çertoqanov 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail (7 sentyabr) və Portuqaliya (11 sentyabr) millilərinə qarşı oyunlara hazırlıq məqsədilə Azərbaycan yığmasının düşərgəsinə yollanıblar. Ürfan Abbasov isə Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət komandasına dəvət alıb. Gənc müdafiəçimizin yer aldığı millimiz 2013-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda İngiltərə ilə üz-üzə gələcək. Deyan Kelhar isə Sloveniyanın heyətində 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə (7 sentyabr) və Norveçə (7 sentyabr) qarşı forma geyinmək şansı qazanıb. Kalabane isə kapitanı olduğu Qvineya yığması ilə Nigeriyaya (9 sentyabr) qarşı mübarizə aparacaq.
 
Zədəsi sağalmaqda olan Murad Musayev isə komandadan ayrı məşq edir. Məşq prosesinin ikinci günü futbolçular fiziki dözümlülük testindən keçiriliblər. Sentyabrın 15-də baş tutacaq “Kəpəz” matçına qədər “Qəbələ” iki yoxlama oyununda qüvvəsini sınayacaq. Sözügedən matçlarda “Qəbələ”nin əsas heyəti əvəzedici heyətlə üz-üzə gələcək. Qarşılaşmalar sentyabrın 5-də və 8-də keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.