3 sentyabr 2012 14:36
Qarabağ yoxlama oyununda darmadağına sevindi
“Qarabağ” milli komandanın rəsmi oyunları səbəbindən yaranmış fasilədə də hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlıqlar çərçivəsində həm də 2 oyun planlaşdırılan proqrama uyğun ilk görüş “Şuşa” komandası ilə keçirilib.
Tofiq İsmaylov adına Suraxanı qəsəbə stadionunda keçirilən oyunda “Qarabağ” aşağı liqa təmsilçisini ilk hissədə vurduğu 3 bir-birindən gözəl qollarla məğlub etdi. Hesabı İlqar Qurbanov açdı. Riçard Almeydanın gözəl cərimə zərbəsi hesabı dəyişdi. Elnur Abdulov isə oyunda son nöqtəni qoydu.
“Qarabağ”ın növbəti yoldaşlıq oyunu 8 sentyabr tarixinə planlaşdırılıb.
