3 sentyabr 2012 02:27
Bruggenin yarımmüdafiəçisi Azərbaycanla oyunu buraxa bilər
Futbol üzrə İsrail yığmasının yarımmüdafiəçisi Lior Rafaelov millidən kənarlaşdırıla bilər. Azerisport.az xəbər verir ki, buna onun zədələnməsi səbəb göstərilir.
Orta sahə oyunçusu əzələsini dartıb. Bu üzdən də onun məşqlərə qatılmaq iddiasında olmadığı bildirilir. Rafaelovun konkret nə vaxt sağalacağı isə bəlli deyil.
Qeyd edək ki, İsrail yığması sentyabrın 7-də Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq. Bundan bir neçə gün sonra isə rəqibimizi Rusiya ilə görüş gözləyir.
