3 sentyabr 2012 14:55
Simurqun Gürcüstan toplanışı davam edir
Tiflisdə təlim-məşq toplanışında olan "Simurq" hazırlıqlara ara vermədən davam edir. Azerisport.az xəbər verir ki, komanda paytaxt təmsilsiçi "Lokomotiv"lə keçirdiyi yoldaşlıq görüşündən sonra bərpaedici məşqə çıxıb.
Baş məşqçi Georgi Çixradze əvvəlcə yetirmələrinə uzun məsafəyə qaçış tapşırığını verib. İsinmə hərəkətlərindən sonra üç qrupa bölünən futbolçular bugün ki məşqi kvadrat oynamaqla davam etdirib. Sonda qapıya zərbələr üzərində çalışılıb.
Qeyd edık ki, səhər hazırlığından sonra gürcü mütəxəssis yetirmələrinə istirahət verib. Bu gündən isə komanda gündə iki dəfə olmaqla məşqləri davam etdirəcək.
