3 sentyabr 2012 15:21
Azərbaycan - İsrail oyunu canlı yayımlanacaq
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsrail oyunu televiziya vasitəsilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən qarşılaşma AzTV vasitəsilə canlı yayımlanacaq. Görüş saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan - İsrail oyunu sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
