3 sentyabr 2012 15:33
Portuqaliya yığmamızla oyunun hazırlıqlarına başladı
Futbol üzrə Portuqaliya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də qarşılaşacağı Lüksemburq və ayın 11-də qəbul edəcəyi Azərbaycanla oyunların hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, baş məşqçi Paulu Bentu yetirmələrini bu gün Obidosda bir araya gətirib.
Komanda hazırlıqlara şad xəbərlər başlayıb. Belə ki, zədəli olan Karluş Martinsin durumu məşqçilər korpusunu narahat edirdi. Amma “Benfica”nın futbolçusu bərpa prosesini yaxşı keçir və onun qarşıdakı oyunlarda iştirakı mümkündü.
Qeyd edək ki, Portuqaliya yığması sentyabrın 5-də Lüksemburqa yola düşəcək. Ayın 7-də meydan sahibləri ilə qarşılaşmadan dərhal sonra vətənə dönəcək Kristiano Ronaldonun komandası 11-də qəbul edəcəkləri Azərbaycanla oyunun hazırlıqlarına start verəcəklər.
