3 sentyabr 2012 16:03
“Neftçidən çəkinmək lazımdı”
Serbiyanın “Partizan” klubunun idman direktoru Lyubişa Tumbakoviç Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirib. Azerisport.az xəbər verir ki, Azərbaycanın “Neftçi”, İtaliyanın “İnter” və Rusiyanın “Rubin” klubu ilə qarşılaşacaq Serbiya təmsilçisinin rəsmisi bunları dilə gətirib:
“Bizim uşaqlar üçün Milan “İnter”i ilə qarşılaşmalar əsl təcrübə olacaq. Amma digər iki rəqibimizdən də (“Neftçi” və “Rubin”) çəkinmək lazımdı. Biz qrup mərhələsinə vəsiqə qazandığımız üçün çox xoşbəxtik. Əlimizdən gələni edəcəyik ki, pley-off mərhələsinə çıxaq”.