3 sentyabr 2012 18:30
Berti Foqts millinin qapılarını jurnalistlərin üzünə açır
Azərbaycan milli komandasının mətbuat nümayəndələri üçün açıq məşqi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, sentyabrın 4-də, saat 17:30-da, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Azərbaycan milli komandasının mətbuat nümayəndələri üçün açıq məşqi keçiriləcək.
Qeyd edək ki, sentyabrın 7-də yığmamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə qarşılaşacaq.
