3 sentyabr 2012 19:14
Neftçi Xəzər Lənkəran və Partizan ilə oyunların hazırlığına başlayır
Avropa Liqasında tarix yazan Azərbaycan çempionu “Neftçi” Kiprdən qayıtdıqdan sonra istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın istirahəti sentyabrın 5-də başa çatacaq.
Məhz həmin gündən bir araya gələcək paytaxt klubu Premyer Liqanın 4-cü turunun “Xəzər Lənkəran”la oyununun hazırlıqlarına başlayacaq. Qeyd edək ki, bu komandalar arasındakı prinsipial qarşılaşma sentyabrın 16-da baş tutacaq.
Bundan 4 gün sonra – sentyabrın 20-də isə “Neftçi” Avropa Liqasında tarixi matçına çıxacaq. Təmsilçimiz qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsindəki ilk oyununu səfərdə Serbiya “Partizan”ına qarşı keçirəcək.
