3 sentyabr 2012 19:49
Rusiya Futbol İttifaqına yeni prezident seçildi
Rusiya Futbol İttifaqına yeni prezidenti seçilib. Azerisport.az xəbər verir ki, keçirilən seçkilərdə Nikolay Tolstıx qalib olub.
Seçkilərin ilk mərhələsini 139, ikinci mərhələni 148 səslə qalib başa vuran Rusiya Olimpiya Komitəsinin icraçı direktorunun əsas rəqibi Rusiya Premyer Liqasının rəhbəri Sergey Pryadkin olub. Səsvermədə onlarla yanaşı, “Soyuz-Qazprom” futbol klubunun prezidenti Vladimir Tumayev, “Novaya Generatsiya” mini-futbol klubunun direktoru Valeri Beletski, futbol eksperti Yevgeni Lovçev, futbolun inkişafı fondunun rəhbəri Əlişir Aminov və vitse-spiker İqor Lebedev iştirak edib.
Qeyd edək ki, Tolstıx 2016-cı ilədək bu vəzifəni icra edəcək. Eks prezident Sergey Fursenko isə AÇ-2012-dən sonra istefa vermişdi.
Onu da qeyd edək ki, Rusiya DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqiblərindəndi.
