3 sentyabr 2012 19:54
Bakı yoxlama oyunu keçirəcək
“Bakı”nın futbolçuları avqustun 31-dən etibarən qısa fasilədən sonra baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında bir araya gəliblər. Azerisport.az xəbər verir ki, Milli komandalara çağırılan oyunçularının yoxluğunda komanda tam heyətlə məşq keçə bilmir.
“Zolaqlılar” çempionatda yaranan fasilədən maksimum yararlanmaq niyyətindədirlər. Belə ki avqustun 7-də komanda “Bakı”nın əvəzediciləriylə yoldaşlıq oyunu keçirəcək.
