3 sentyabr 2012 11:04
Ronaldo Azərbaycana qarşı oynamaya bilər
Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Azərbaycanla oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, o, sentyabrın 11-də keçiriləcək DÇ-2014-ün seçmə mərhələsinin görüşünü zədə səbəbindən buraxmaq təhlükəsiylə üzləşib.
Portuqaliyalı futbolçu ötən gün İspaniya La Liqasında “Real”ın “Granada” ilə ev oyununda zədə alıb. Bu görüşdə iki qol vuran futbolçunun zədəsi ilə bağlı hələlik dəqiq proqnoz açıqlanmır. Amma ilkin ehtimallara görə Ronaldo 10 gün yaşıl meydanlardan kənar qala bilər. Bu isə o deməkdi ki, bu futbolçu həm Lüksemburq, həm də Azərbaycanla oyunları kənarda izləməli olacaq.
Qeyd edək ki, Azərbaycan sentyabrın 7-də Bakıda İsraili qəbul etdikdən sonra ayın 11-də də Braqada Portuqaliyanın qonağı olacaq.
