3 sentyabr 2012 11:15
İnter Gürcüstanda Spartak ilə qarşılaşacaq
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "İnter" sentyabrın 4-də yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, bu oyunda “bankirlər” "Spartak” (Sxinvali) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, "Spartak" Gürcüstanın birinci dəstəsində mübarizə aparır. Bu klub 2007-ci ildə yaranıb. "Spartak"ın Gürcüstan çempionatında ən yaxşı göstəricisi 2009/10 mövsümündə tutduğu 5-ci yerdi. Ölkə kubokunda isə Sxinvali təmsilçisi bir dəfə 1/2 finala kimi irəliləməyi bacarmışdı.
