3 sentyabr 2012 11:32

Berti Foqts Portuqaliya və İsraillə oyunlar üçün yekun heyəti açıqladı

DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də, Tofiq Bəhramov adına Respublika stadionunda İsrail, 4 gün sonra Braqa şəhərində Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının sentyabrın 3-dən 12-dək keçiriləcək təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts siyahıya 23 futbolçunun adını salıb.
 
Foqts hazırda Bakıda keçirilən təlim-məşq toplanışında iştirak edən Aqil Məmmədov, Vurğun Hüseynov, Nodar Məmmədov, Arif Daşdəmirov, Bədavi Hüseynov, Rizvan Umarov və Ruslan Qurbanovun adını əsas heyətə salmayıb.
 
Bu futbolçuların adı ehtiyat heyətə salınıb. Onlarla yanaşı, “Neftçi”dən Elvin Yunuszadə və Cavid İmamverdiyev də ehtiyat heyətə düşüb.
 
Qeyd edək ki, ehtiyat heyətdən Bədavi Hüseynov, Rizvan Umarov, Ruslan Qurbanov Elvin Yunuszadə və Cavid İmamverdiyev hazırda U-21-in məşqlərinə qatılır. Onlar sentyabrın 6-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da İngiltərə ilə keçiriləcək oyunda iştirak edəcək.
 
Əvəzində Foqts Avropa Liqasında tarix yazan “Neftçi”dən Mahir Şükürovu heyətə cəlb edib. Maraqlıdı ki, almaniyalı mütəxəssis Rəşad Sadiqova dəvət göndərməyib.
 
Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Anar Nəzirov (“Qəbələ”), Andrey Popoviç (“Turan”);
 
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Elnur Allahverdiyev, Ruslan Abışov (hər ikisi “Xəzər Lənkəran”), Vladimir Levin (“İnter”), Aqil Nəbiyev (AZAL), Ufuk Budak (“Eskişəhərspor”, Türkiyə), Əli Gökdəmir (“Hannover, Almaniya);
 
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov (“Qəbələ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Neftçi”), Elvin Məmmədov (“Bakı”), Əfran İsmayılov (“Qarabağ”), Nizami Hacıyev (“İnter”), Cavid Hüseynov (“Adana Demirspor”, Türkiyə);
 
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev, Vaqif Cavadov (hamısı “Qarabağ”), Branimir Subaşiç (“Xəzər Lənkəran”), Cihan Özkara (“Erciyesspor”, Türkiyə).
 
Ehtiyat heyət: Aqil Məmmədov (“Bakı”), Vurğun Hüseynov, Nodar Məmmədov (hər ikisi “Qəbələ”), Elvin Yunuszadə, Cavid İmamverdiyev (hər ikisi “Neftçi”), Arif Daşdəmirov (“İnter”), Bədavi Hüseynov (“Anji”, Rusiya), Rizvan Umarov (“Elçe”, İspaniya), Ruslan Qurbanov (“Sumqayıt”).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.