3 sentyabr 2012 11:56
Azərbaycan millisinin oyununa 1 manatlıq bilet
17 yaşadək qızlardan ibarət Azərbaycan və Zambiya yığmaları arasında bu gün saat 20:00-da, Bayıl stadionunda keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, azarkeşlər biletləri Bayıl stadionunun kassalarından əldə edə bilərlər.
Biletin qiyməti 1 AZN-di. Məlumatı AFFA yayıb.
