3 sentyabr 2012 12:08
Ronaldo: Azərbaycana qarşı oynamaq istəyirəm
Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo bəyan edib ki, sentyabrın 7-də keçiriləcək Lüksemburq və 11-də baş tutacaq Azərbaycanla DÇ-2014-ün seçmə mərhələ oyunlarında meydana çıxmaq istəyir. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən özümü normal hiss edirəm. Qarşıdakı iki vacib qarşılaşmada çıxış etmək istəyirəm”.
“Mən özümü normal hiss edirəm. Qarşıdakı iki vacib qarşılaşmada çıxış etmək istəyirəm”.
Qeyd edək ki, Ronaldo ötən gün İspaniya La Liqasının “Real” – “Granada” matçında zədələnib. Amma görünür, onun zədəsi o qədər də ciddi deyil.
