3 sentyabr 2012 23:55
Rail Məlikov debüt edə bilmədi, komandası qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Rail Məlikovun Türkiyənin “Denizlispor” klubunun heyətində bu gün ilk rəsmi matçına çıxması gözlənilsə də, bu, baş tutmayıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü qardaş ölkənin PTT birinci liqasının 2-ci turunun “Gaziantep Belediyyespor” ilə matçının iştirakçısı olmaq şansına malik idi.
Qeyd edək ki, həmyerlimiz Dənizli klubuna cəmi bir neçə gün öncə keçib. Buna baxmayaraq, məşqçilər korpusu ehtiyac olacağı təqdirdə, Railin debütünə şərait yarada bilərdilər. Lakin onlar həmyerlimizi bu matçın iştirak ərizəsinə daxil etməyiblər.
Oyuna gəlincə, Məlikovun komandası ilk turda məğlubiyyətlə üzləşdiyindən bu dəfə həmin yenilgini özü kimi ilk turu xalsız başa vuran Qaziantep təmsilçisi ilə görüşdə unutdurmağı hədəfləmişdi. Railin komandası bunu bacarıb və səfərdə qələbə qazanıb.
Türkiyə PTT birinci liqası
2-ci tur
3 sentyabr
Gaziantep Belediyesspor - Denizlispor - 0:1 (0:0)
Qol: Yasin Görkem Arslan, 76.
