3 sentyabr 2012 21:51
Yığmamız Zambiyaya məğlub oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan 17 yaşadək qızlardan ibarət yığması yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, U-17-nin rəqibi Zambiya yığması olub.
Ölkəmizdə keçiriləcək DÇ-2012-yə hazırlaşan Sissi Raytın yetirmələri mundial ərəfəsində qələbə qazanmaqla komandadakı atmosferi yaxşılaşdırmağı hədəfləmişdi. Amma təəssüf ki, millimiz bunu bacarmayıb. Bayıl qəsəbəsində inşa olunan yeni stadionda baş tutan görüş futbolçularımızın minimal hesablı məğlubiyyəti ilə bitib.
Yoldaşlıq oyunu
3 sentyabr
AZƏRBAYCAN – ZAMBİYA - 0:1 (0:1)
Qol: Zairi, 32.
