3 sentyabr 2012 12:29
Neftçinin rəqibi hücumçusunu itirdi
Serbiyanın “Partizan” klubu ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın aparıcı hücumçularından Aleksandr Mitroviç sıradan çıxıb.
O, ötən gün Serbiya çempionatı çərçivəsində keçirilən OFK ilə derbi matçında zədələnib. Mitroviçin zədəsinin ciddi olduğu bildirilir. O, hətta Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə görüşü də buraxmalı olacaq.
Qeyd edək ki, “Neftçi” ilə “Partizan” arasındakı ilk oyun sentyabrın 20-də Belqradda keçiriləcək.
