3 sentyabr 2012 12:38
Açılış turunun proqramı bəlli oldu
Futbol üzrə Azərbaycan birinci divizionunun ilk turunun oyun cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, açılış turunun oyunları sentyabrın 8-9-da keçiriləcək.
Qarşılaşmaların üçü şənbə, qalan üç görüş isə bazar günü oynanılacaq. Bütün oyunlar saat 17:00-da başlayacaq. Oyunların keçirilmə yerləri ilə aşağıda tanış ola bilərsiz:
Birinci divizion
1-ci tur
8 sentyabr (şənbə)
“Göyəzən” – “Şuşa”
Qazax. Şəhər stadionu
“Energetik” – “Tərəqqi”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
“Bakılı” – MOİK
Bakı. “Şəfa” stadionu, 4-cü meydança
9 sentyabr (bazar)
“Lokomotiv” – “Qala”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
“Şəmkir” – “Neftçala”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
“Ağsu” – “Şahdağ”
Ağsu. Şəhər stadionu
