3 sentyabr 2012 12:46

“Karyeramın inkişafı üçün məhz bu klubu seçdim”

“İnter”in müdafiəçisi Ruslan Əmircanov çempionatın startını dəyərləndirib, hazırda davam edən təlim-məşq toplanışı haqqında danışıb və digər sualları cavablandırıb. Azerisport.az onunla müsahibəni təqdim edir.
 
- Ruslan, çempionatın startını "İnter" üçün necə dəyərləndirə bilərsən?
- Oyun baxımından heç bir problemimiz yoxdu. Bunu tək biz demirik. Kənardan baxanlar da bildirir ki, "İnter" həm avrokuboklarda yaxşı futbol göstərdi, həm də çempionatda çox gözəl oyun nümayiş etdirir. Amma start oyunlarda bəzi çatışmayan cəhətlər də var idi. Məşqçi də bildirdi ki, oyunumuzda çatışmayan yeganə cəhət qoldu. Biz qol yolunda müəyyən çətinliklərlə üzləşirik. Bunu da bilmirəm bəxtsizliklə əlaqələndirim, yoxsa başqa amillərlə. Oyunlarda əlimizdən gələni edir, məşqçinin tapşırıqlarını yerinə yetiririk, sadəcə qol vura bilmirik. Məhz buna görə ilk 4 oyunun 3-də xal itirmişik. Bu 4 matçda cəmi 5 xal qazanmışıq, bu da ki, "İnter"ə  sərf edə biləcək göstərici deyil.
 
- Bu mövsüm ərəfəsində Azərbaycan klubları heyətlərini gücləndirib, bu isə çempionatın daha gərgin və maraqlı mübarizə şəraitində keçəcəyini bildirir…
- Çempionatın səviyyəsində artım hiss olunur. Klubların orta səviyyəsində yüksəliş var. Qeyd edə bilərəm ki, AZAL, "Rəvan" və "Simurq" klubları ötən mövsümlə müqayisədə qat-qat üstün futbol nümayiş etdirir. Ümumiyyətlə, hazırda çempionatın hər bir rəqibinə qarşı ciddi hazırlaşmaq lazımdı. Yuxarı pillələr uğrunda oynayan komandalara qarşı hazırlaşdığımız kimi. Elə "Turan"a qarşı keçirilən sonuncu görüşü bu fikrə təsdiq kimi göstərə bilərəm. Tovuzda keçirilən görüşdə biz məğlub da ola blərdik. Lakin son dəqiqələrdə komandamız özündə güc tapıb, iki qol vuraraq  qələbə qazana bildi. Bu komandalara qarşı zəif hazırlaşsaq, bu bizim üçün baha başa gələ bilər.
 
- Artıq iki aydır ki, "İnter"in heyətinə qoşulmusan. Bilmək istərdik, komandada özünü necə hiss edirsən?
- "İnter" peşəkar klubdu. Burada heç bir futbolçunun problemi yoxdu. Komandanın rəhbərliyi hər bir oyunçuya yaxşı şərait yaradır. Komandamızda həm cavan, həm də təcrübəli futbolçular var və biz bir-birimizə mehriban yanaşırıq. Yaxşı kollektivimiz var. Məşqlərdə ciddi şəkildə çalışırıq, boş vaxtımız olanda zarafat da edirik, hər şey öz yerində.
 
- Hazırda komanda Gürcüstanda təlim-məşq toplanışı keçir. Hazırlıq prosesi haqqında nə deyə bilərsən?
- Baş məşqçi bu toplanışın keçirilməsini məsləhət görübsə, deməli bu toplanış bizim üçün faydalı olacaq. Biz Avropa Liqası oyunlarından əvvəl də  təlim-məşq toplanışı keçirmişik və qitəmiqyaslı turnirdə “İnter” fiziki baxımdan rəqiblərdən üstün təsir bağışlayırdı. Zənnimcə, Gürcüstandakı toplanış əvvəlki toplanışların davamıdı. Düşünürəm ki, bu toplanışdan sonra biz çempionatda daha yaxşı çıxış edəcəyik. Hazırkı məşqlər fərqliliyi ilə seçilir. Mən Kaxaber Tsxadadzenin məşqlərinə hələ “Standart”ın vaxtından bələdəm. Məşq prosesinə söz ola bilməz. Biz Avropa səviyyəli məşqlər keçirik. Bu cür məşqlər futbolçunun inkişafına müsbət təsir göstərir.
 
- “İnter”ə transfer olanda da söyləmişdin ki, “Bura məşqçiyə görə gəlmişəm”…
- Artıq qeyd etdiyim kimi, mən Kaxaber Tsxadadzenin rəhbərliyi altında hələ “Standart”da çıxış etmişəm.  Kaxaber Tsxadadze hər zaman mənə inanırdı və güvənirdi. Mən əsas heyətdə yer alırdım, məşqçinin tövsiyələrini yerinə yetirməyə çalışırdım. Etiraf edim ki, “Neftçi”dən ayrılandan sonra Kaxaber Tsxadadze ilə əlaqə saxladım və klubu tərk etdiyimi bildirdim. O isə bildirdi ki, məni “İnter”də görmək istəyir. Düzdü, mənim başqa təkliflərim də var idi. Lakin mən gələcək karyeramın inkişafı üçün məhz “İnter”i seçdim.
 
- Avqsutun 30-da keçmiş klubun “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Yəqin ki, keçmiş komanda yoldaşlarını bu qələbə münasibəti ilə təbrik etmisən. Ümummiyətlə, bu uğurla bağlı nə deyə bilərsən?
- “Neftçi”də oynayan futbolçularla tez-tez əlaqə saxlayıram. Bu komandadan ayrılsam da, keçmiş komanda yoldaşlarımla dostluğumuz davam edir. Bu klubun rəhbərliyindən tutmuş inzibatçıya kimi, hər bir üzvü ilə yaxşı münasibətdəyəm. Uşaqları qazanılan bu qələbə münasibəti ilə bir daha təbrik edirəm. Azərbaycan futbolunda hələ belə uğur olmayıb. Bu qələbə ölkəmiz üçün bir futbol bayramı kimi dəyərləndirilir. “Neftçi” klubuna qrup mərhələsində bundan da böyük uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.