4 sentyabr 2012 13:04
İnterin skautları Bakıya gəlir
İtaliyanın “İnter” klubunun skautları “Neftçi”nin oyununu izləyəcək. Azerisport.az xəbər verir ki, milanlıların Bakıya səfəri Azərbaycan çempionunun 6-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəyi oyuna təsadüf edəcək.
Onlar komandamız haqda ətraflı məlumat əldə etməyə çalışacaqlar.
Qeyd edək ki, “İnter” Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibidi. “Neftçi”nin görüşlərinin digər rəqibləri “Rubin” (Rusiya) və “Partizan” (Serbiya) rəsmiləri tərəfindən izlənilməsi də istisna deyil.
