4 sentyabr 2012 00:54
Rusiya klublarından əsl transfer bombaları!
Rusiyanın “Zenit” və “Anji” klubları bu yayın ən səs-küylü transferlərinə imza atıblar. Azerisport.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Halkı, Mahaçqala klubu isə Lassana Diarranı heyətinə qatmaqla çoxlarını şoka salıb.
Qeyd edək ki, Portuqaliyanın “Porto” klubundakı çıxışı ilə az qala bütün dünya nəhənglərinin transfer siyahısında yer alan Braziliya yığmasının üzvü Halk “Zenit”lə 5 illik müqavilə imzalayıb. “Zenit”in 26 yaşlı oyunçu üçün 50 milyon avro transfer haqqı ödəyəcəyi bildirilir. Halk yeni klubunda 29 nömrəli formanı geyinəcək.
İspaniya “Real”ında çıxış edən Diarraya gəlincə, “Anji” bu futbolçu ilə 4 illik müqavilə bağlayıb. Amma transferin maddi tərəfləri barədə açıqlama verilmir.
